Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı- FOTOLAR

Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı-  FOTOLAR

Kuba inqilabının lideri Fidel Kastro dünyasını dəyişib.

90 yaşında vəfat edən inqilabçı dövlət, siyasət və partiya xadimi olan Fidel Kastro 1959 -2011-ci illərdə Kubaya rəhbərlik edib. Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır.

Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdankənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. 50-ci illərin əvvəllərində o, Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb.

Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" Partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.

Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "komandante" ləqəbli Kastro bütün bunlardan salamat çıxıb. Kastro alovlu natiq kimi də tarixə düşüb. O, saatlarla dayanmadan danışa bilirdi.

Kastro həmişə geydiyi tünd rəngli frençlə tarixə düşüb. Kubalılar Kastronu həmişə bu frençdə görüblər. Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və onun bədənində sabit temperatur saxlayırdı. (Cebhe.info)

Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı-  FOTOLAR
Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı-  FOTOLAR
Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı-  FOTOLAR
Nikahdankənar övlad, doğum günü gizlədilən lider və 600 dəfə ölməyən inqilabçı-  FOTOLAR


Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 329|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.