Tural Şahtaxtinski: "Mənimlə bərabər olan xanım da azad olacaq" - MÜSAHİBƏ

Tural Şahtaxtinski: "Mənimlə bərabər olan xanım da azad olacaq" - MÜSAHİBƏ


"Uzaqda bir şəhər" kitabının müəllifi gənc yazar Tural Şahtaxtinskinin Libera.az saytına müsahibəsi.

- Tural bəy, Azərbaycan qadınını necə təsvir edirsiniz?
- Azərbaycan qadını haqqında konkret söz demək çox çətindir. Çünki məsələnin əsas hissəsi mentalitetə bağlanır, mentallıq isə insanları özündən uzaq salır. Yəni Azərbaycan qadını özü ola bilmir, daha çox cəmiyyət olur. Özlərini ətrafdakılara uyğun formalaşdırır. Kişilərin hökmranlığından çıxa bilmir. Bəlkə də bunu bacarmır, və ya istəmir. Heçnə deyə bilmərəm, amma onu bilirəm ki, Azərbaycan qadını azad deyil. Çox danışa bilməyəcəm.

- Bele cixir ki, tənqidə Azərbaycan qadını yox, kişiləri layiqdir?
- Bəli, kişilərimiz daha çox tənqidə layiqdir. Ancaq qadınlarımz da layiqdir. Məsələn, ana qızının azadlığını əlindən alır, onu başqa cür böyüdür. Buna etiraz edə bilməyən, qatlanan qız gələcəkdə özü də ana olanda uşağına belə tərbiyyə verir. Yəni bizim kimi cəmiyyətlərdə belə məsələlər zəncir varidir. Bilirsiz azad olmaq, öz düşüncən, öz fikirlərinlə yaşamaq üçün sən bütün cəmiyyətə qarşı çıxmalısan.Ona görə hər iki tərəf qadın ya kişi fərq etmir, kim kimin azadlığını əlindən alır, kim mental dəyərləri əlində bayraq edir hamısı tənqid olunmalıdır.

- Bu düşüncələr nədən irəli gəlir, cahillikdənmi, dindənmi, ya nəsə başqa səbəbi var?
- Bizim cəmiyyətdə tarixən din yox mövhumat daha çox yayılıb. Amma dini də bura qatmaq olar. İkinci bəli cahillik. Əgər bir qadın hər tərəfli özünə güvənirsə, heç vaxt razı olmaz ki, cəmiyyətdə, ailədə onun azadlığı əlindən alınsın. Təsəvvür edin bizdə illər əvvəl azad qadın heykəli qoyulub, amma hələ də Azərbaycan qadını azad deyil. Bununla bağlı bizim istər klassik, istər müasir ədəbiyyatda bir çox dəyərli yazıçılarımızın əsərləri var. Amma görünür hələ də bunların böyük bir nəticəsi olmayıb. Başqa səbəblər də var bəli.

- Xanımlarımızın çox hissəsinin azadlıq, karyera qurmaq yox, ailə qurmaqa meyilli olduğunu düşündürsüz?
- Bəli bu belərdir, amma onları buna cəmiyyət məcbur edir. Elə böyüdülür, elə tərbiyyə alır. Bəlkə də çoxları bunu həqiqətən istəyir, amma əsas məsələr uşaqlıqdan necə öyrədilməsidir. Burada bir tərəfli danışmaq istəmirəm. Təbii Azərbaycanda təhsilli, savadlı, dünya görüşlü, karyera qurmuş, cəmiyyət üçün kifayyət qədər gözəl işlər görmüş, azad, nümunəvi qadınlarımız var.

- Azad qadın necə olmalıdır?
- Məsələ azad qadın, azad kişi məsələsi deyil. Azad insan olmalıdır, azadlıq anlayışı böyük anlayışdır. Bəlkə də tam olaraq izah verə bilmərəm. Qısa desək, insan özü olmalıdır. Öz düşüncələrinin, istəklərinin, doğru bildiyinin arxası ilə getməlidir. Azad insan heç vaxt kimsənin azadlığını əlindən almaq istəməz və beləcə cəmiyyətdə azadlıq olar.

- Sənət, qələm adamları adi kişilərə nisbətən daha fərqli düşüncədə olur. Siz mental düşüncəli azərbaycan xanımı ilə ailə qurub xoşbəxt olacağınıza inanırsınız?
- Ailə qurmaq, xoşbəxt olmaq kimi düşüncələrim yoxdur." Xoşbəxtlik nədir?", " İnsan necə xoşbəxt olur?" - buna izah vermək çox çətindir. Məsələn, kimsə gəlib sual versə xoşbəxtsən, ya bədbəxt cavab verə bilmərəm. Mən azad insanam. Əlbəttəki mənimlə bərabər olan xanım da azad olacaq.

Libera.az
(səs:3)
Müəllif: Libera | Baxış: 666|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.