Venesuelalı aktyor "Ulduzlar" rubrikasında - EKSKLÜZİV MÜSAHİBƏ

Venesuelalı aktyor "Ulduzlar" rubrikasında - EKSKLÜZİV MÜSAHİBƏ

Saytımızın “Ulduzlar” rubrikasının qonağı, Azərbaycan teleməkanında yayımlanmış “La İnvasora” ("Milyonçuya ərə getmək") serialının qəhrəmanı, aktyor Huqo Vaskezdir.

Qeyd edək ki, “La İnvasora” serialı 2003-cü ildə RCTV (Venesuela) kanalı tərəfindən çəkilib.

Jurnalist Anar İbrahimlinin tanınmış aktyor Huqo Vaskezdən Libera.az üçün aldığı eksklüziv müsahibəni təqdim edirik:

- Salam, Huqo! Necəsiniz?
- Salam, dostlar. Şükür, Allaha yaxşıyam. Azərbaycan xalqına, dostlarıma salamlarımı yetirirəm, fürsət yaratdığınıza görə və müsahibə üçün sonsuz təşəkkürlərimi bildirirəm.

- Zəhmət olmasa, özünüz haqqında oxucularımıza ətraflı məlumat verin.
- Huqo Vaskez. Venesuellalı aktyor, bir çox dramatik seriallarının qəhramanı. Azərbaycanda isə "La İnvasora" serialı ilə tanınıram. Bu məni çox sevindirir. Xüsusilə, bu, mənə üzərimdə işləməyə stimul verir. Baxmayaraq ki, biz çox uzaqda yaşayırıq, nə xoşbəxtlikdir ki, biz sizinlə dostluq edirik.

Venesuelalı aktyor "Ulduzlar" rubrikasında - EKSKLÜZİV MÜSAHİBƏ

- Aktyor olmaq üçün uşaqlıqdan həvəs və istedad lazımdır, yoxsa...?
- Aktyor olmaq üçün yaşamaq, yaşatmaq, hiss etmək və bu peşəni öyrənmək lazımdır. Mənim aktyor olmağım isə heç də təsadüfi deyil. Gənc yaşlarımda aktyor həvəsim qanımdan gəlirdi. Bu mənim ən böyük arzularımdan biri idi. Aktyor olmaq üçün aktyorluq kurslarında, akademiyasında təhsil almaq gərəkdir. Təhsil çox önəmlidir. Bu insanı böyük uğurlarlara aparır və arzularının açarı ola bilər. Ona görə də, həyatda nə istədiyinizi, nə edəcəyinizi yaxşı şəkildə istifadə etməyə çalışın.

- Sizdə bu peşəyə həvəs haradan yaranıb?
- Gənc yaşımda, tətildə istirahət edərkən.

- Heç sevmədiyiniz obrazı canlandırmısınızmı?
- Yox, elə bir şey olmayıb. Mən oynadığım bütün rolları bəyənmişəm.

- Hazırda, 41 yaşınız var... Ancaq çox gənc görsənirsiniz. Bunun sirri nədədir?
- Artıq 42 yaşımda sizinlə görüşürəm (gülür). Bu gün 42 yaşımı qeyd edirəm. Belə cavan görünməyimin sirri, mənə elə gəlir ki, idmanla məşğul olmağımdır. Həmçinin, spirtli içkilərdən, siqaretdən uzağam. Hər kəs çalışmalıdır ki, sağlam həyat tərzi keçirsin. Bu hamı üçün idealdır.

Venesuelalı aktyor "Ulduzlar" rubrikasında - EKSKLÜZİV MÜSAHİBƏ

- Görünüşünüzdən sakit təbiətli biri kimi görsənirsiniz.
- Düzü, mən sülh sevən biriyəm. İstəyirəm ətrafda sülh, əmin-amanlıq olsun. Mənim rahatlığım sevgidir.

- Huqonu özündən nə çıxara bilər ?
- Ətrafımda baş verən bir çox şey. Ən pis variant hadisəni kontrol edə bilməməyimdir. Bu məni qəzəbləndirə bilər. Bir də məni narahat edən şeylərdən biri də, ikiyüzlülük, satqınlıqdır.

- Ailəniz neçə nəfərdən ibarətdir ?
- Mən 4 qardaşdan ikincisiyəm. Ata tərəfdən 1 bacım və 1 qardaşım var.

- Səhv etmirəmsə, ailəli deyilsiniz...
- On ilə yaxındır ki, həmkarım, TV aparıcı, model Ana Karmen Leon ilə birlikdə yaşayırıq.

Venesuelalı aktyor "Ulduzlar" rubrikasında - EKSKLÜZİV MÜSAHİBƏ

- Həyata keçməyən arzunuz qalıb?
- Bu suala cavab vermək üçün gərək saatlarla danışım... Arzular, istəklər hər gün yenilənir (gülür)... Gündəlik həyatımda yeni hədəflər və yeni xəyallar qururam.

- Hazırda hansısa layihədə iştirak edirsiz?
- Bu yaxınlarda Danimarkada mənim iştirakım ilə “Nəbz” adlı filmin çəkilişini yekunlaşdırmışıq. Baş rolda yer aldığım filmdə tərəf müqabilim Ana Karmen Leondur.

- Azərbaycanla bağlı məlumatınız var?
- Azərbaycanı tanıyıram. Lakin səndən daha yaxından məlumatlar əldə etdim. Ümid edirəm, nə vaxtsa ora səhayət edərəm. Azərbaycanın mədəniyyəti, gəzməli-görməli yerləri, xalqı və milli mətbəxi ilə yaxından tanış olmaq maraqlı olar.
Azərbaycan keçmiş sovet respublikası olub. Respublikanın əhatəsində dəniz, dağ, Asiya və Avropaya uzanır. Azərbaycanın paytaxtdı Bakı şəhəridir. Şirvanşahlar, Qız qalası tarixi yerləri var.

- Son olaraq nə demək istərdiniz?
- Azərbaycan tamaşaçılarına xoşbəxtlik və sağlamlıq arzu edirəm.

Anar İbrahimli
Libera.az


=
(səs:1)
Müəllif: Libera | Baxış: 441|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.