Balıqlar bürcü

Balıqlar bürcü

(Fevral 20 – Mart 20 )

Romantik strukturları hər sahədə özünü göstərir. Sənətə meyilli bir bürc olduqları üçün bir çox sənətçinin balıq xüsusiyyətləri güclüdür. Yoldaşlıq duyğularına çox çox əhəmiyyət verdikləri üçün, həyatlarında edilən səhvləri bağışlamazlar və etrafındakıların tez təsirində qalarlar. Həyatda müvəffəqiyyətli olmaq üçün motivasiyaya ehtiyacları vardır.

Mistik gücləri çoxdur. Hiss etmə qabiliyətləri güclüdür. Bilməyi və öyrənməyi sevən bu kəslər həyat boyunca hər şeyə maraq edərlər. Səhvlərdən dərs almağı bacara bilməz. Eyni səhvləri bir neçə dəfə təkrarladıqları görülmüşdür. Vərdişlərinə bağlı olduğu və içində olduqları şərtləri asanlıqla dəyişdirməkdən xoşlanmazlar.

Çox tez pessimistləşən bu kəslərlə yaşamaq həm zövqlü həm də çətindir. Duyqu və məntiq arasında düzgün tarazlığı qurabilsələr, həyat onlar üçün mükəmməl olar. Lakin çox təəssüf ki, hər zaman eyni ölçünü tutdura bilmirlər. Cəmiyyət əlaqələrinə əhəmiyyət versələr də, şübhəçi strukturları üzündən hadisələrə uzaq qala bilərlər.

Davamlı haqqlarında danışılırmış hissi içində, pessimist və narahat ola bilirlər. Siyasət mövzusunda həssas lakin qarşı təsirə hazır olduqları üçün də zaman zaman səhv edə bilərlər. Ailə bağları güclü və sevdiklərinə bağlı olan bu kəslərlə razılaşmaq hər zaman asan deyil.

Müsbət yanları

Təvazökar
Şəfqətli
Simpatik
Həssas
Adaptasiya ola bilən
Təsirli
Anlayışlı
Nəzakətli
Rəngli xəyallar
Dərin duyğular
Sevgiye düşkünlük
Mərhəmətli
Gözəl sənətlərdə müvəffəqiyyətli
Yaxşı niyyətli
Köməksevər

Mənfi yanları

Naməlumluq
Vurdum duymaz
Asan dağılmaq
Zəif arzular
Qərarsızlıq
Mübarizəçi deyil
Pessimist
Utancaq
Küsəyən

Balıqlar Bürcü Qadını

Balıqlar bürcü qadını ehtiraslı, tutduğunu qoparan, cazibədar, simpatik və yaxşı xasiyyətli rəftarlarıyla diqqəti çəkər. Romantikdir. İstiqanlı və evinə bağlı bir quruluşu vardır. Özünü evində dinc və rahat hiss edər.

Balıqlar bürcü qadınının hissləri qüvvətlidir. Gözəl olan hər şeyi sevər və rahatlığını çox sevir. Cəmiyyət içində diqqəti çəkmək istər və özü ilə fəxr duyar.İnce ruhludur və sənətə düşkündür.

Qısqanc bir quruluşu vardır və hər mövzuda ən yaxşı olmaq istər. İstədiyi hər şeyə çatmaq istər və bunun üçün əlindən gələn səyi göstərər. Cəmiyyət içində şən və hərəkətli rəftarlarıyla diqqəti çəkər. Geyinməyə, baxımlı olmağa əhəmiyyət verər.

Balıqlar bürcü qadını sevdiyi kişini çox sahiblənər və qısqanar.Evliliye uyqundur. Uşaqlarına və yoldaşına bağlı olar.

Balıqlar Bürcü Kişisi

Balıq bürcü kişisi nəzakətli, yolagedən, optimist və xəyalpərəst quruluşuyla diqqəti çəkər. Vurdum duymaz rəftarları hadisələrdən çox təsirlənməməsini səbəb olar. Nizamdan və məsuliyyət almaqdan xoşlanmaz. Başına buyruq yaşamaqdan kef alar.

Balıq bürcü kişisi iş mövzusunda pratikliyi sayəsində müvəffəqiyyətli olar. Pis niyyətli deyil. İnsanlara asanca güvənər.

Balıq bürcü kişisi heyranlıq duyduğu qadınlara aşiq olur. Romantik və anlayışlı bir quruluşu vardır.Sevdiyi qadını xoşbəxt etmək üçün müxtəlif romantizm oyunlarına baş vuracaq. Sənətçi ruhludur və gözəlliyə çox əhəmiyyət verir. Eşq onun üçün çox əhəmiyyətlidir. Axtardığı adamı tapdığına inansa sadiq bir yoldaş olar, yoxsa müxtəlif macəralar arxasında qaçmağa davam edəcək.

Balıqlar bürcü kişisi şəxsiyyətini və dərin duyğularını anlayan biriylə evlənib ömürünün sonuna qədər xoşbəxt olar. Yoldaşına və uşaqlarına düşkün, sadiq və düşüncəli olacaq.

Balıqlar və Eşq

Balıqlar ilk baxışda ovsunlayıcıdır. Ümumiyyətlə çox nəzakətli və yumşaq bir tərzi vardır Balıq insanının. Əslində, bir romantizm və yuxu aləmində yaşayır. Həssas, sirrli xüsusiyyətlərinin yanında, psixi qabiliyyətləri də həyatında əhəmiyyətli rol oynayır. Asanca sevməyə və aşiq olmağa uyğun bir quruluşu vardır. Balıq doğru insanı tapana qədər, bir çox eşq əlaqəsi yaşaya bilər. Davamlı bir əlaqə üçün, romantik ehtiyaclarına cavab tapması və özünü təhlükəsizlikdə hiss etməsi lazımlıdır.

Hər cür insana və mühitə asanca adaptasiya ola bilən Balıqlar insanları, həqiqətən çox cazibədardırlar. Bir Balıq insanının könlünü qazanmaq üçün, xarici görünüşünə kompliment etmək, ya da etdiyi bir şeyləri təqdir etmək doğru bir başlanğıc olar. Əgər Balığa kifayət qədər düşüncəli, nəzakətli, sevgi göstərərək yaxınlaşılsa, qarşılığında inanılmaz bir sevgi və sədaqət verəcək. Əgər Balıq əlaqədə tənqidi yanaşmalar və sədaqətsizlik görsə, dözümlülük göstərə bilməyib, incinib, yıxılan xüsusiyyətdədir. Balıq insanı sevdiyi üçün hər şeyi edə biləcək tutumdadır. Bir dəfə sevdiyi zaman, bütün vaxtını, enerjisini və qaynaqlarını bu insan uğrunda xərcləyə bilər.

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 401|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.