Fridrix Vilhelm Nitşe

Fridrix Vilhelm NitşeFridrix Vilhelm Nitşe 1844-cü ilin 15 oktyabrında Rökendə anadan olub. Anadan olduğu gün Prussiya kralı IV Fridrix Vilyamın taxta çıxdığı günlə eyni vaxta təsadüf edir. Atası yeni doğulmuş oğluna ad tapmaqda elə də çətinlik çəkmir. Oğlunun anadan olduğu günün ölkə tarixində önəmli olduğundan, atası ona kralın adını verir. Nitşe isə həmişə deyirdi ki, mən xoşbəxt adamam, çünki ad günümü bütün ölkə keçirir. Ad günüm gələndə geniş el şənlikləri keçirilir.

Nitşenin uşaqlıq illəri rəngarəng keçir. Hələ özünü dərk edəndən Nitşe fəlsəfəyə, musiqiyə və ədəbiyyata maraq göstərir. Ancaq onun həyatında fəlsəfənin xüsusi yeri olur. Onun dünya görüşünün formalaşmasında Sokratdan öncəki filosofların: Heraklitin və Stoiklərin təsiri böyükdür.
Tələbə olarkən Nitşe klassik filologiyanı öyrənir.

Onun həyatına təsir edən digər önəmli nöqtə isə Şopenhauerin “Dünya, iradə və təsəvvür kimi” əsəri olub. Onun fikrinə görə, bu kitab məhz onun üçün yazılıb. Nitşe yazırdı ki, mən bu kitabı oxuyanda müəllifi qarşımda görürəm.

Fridrix NitşeSonra Nitşe, Şopenhauer fəlsəfəsinin aşiqinə çevrilir. Özünün də dediyi kimi, o, Şopenhauerin pessimizminə ehtiyac duyurdu.
Nitşeyə təsir edən ikinci tanışlıq isə bəstəkar Riçard Vaqner ilə olan tanışlıqdır. Bəstəkar-filosof atasına çox oxşayarmış, hətta altmış yaşında imiş. Bir müddət sonra Nitşe bəstəkarla daha bir ortaq nöqtələrini tapır; Riçard da Şopenhauer aşiqi idi.

1869-cu ildə İsveçrədəki Bazel Universitetində professor kimi klassik filologiyadan dərs demək üçün dəvət alır. Nitşe həm də fəlsəfə dərsi deyirdi.

Bir il sonra 1870-ci ildə Almaniya ilə Fransa arasında müharibə başlayır. Nitşe yaralılara kömək etmək üçün könüllü olaraq müharibəyə yollanır.
Ekspertlərə görə, müharibə Nitşenin dünya görüşünə təsir edən üçüncü fenomen olub. Müharibədən gələndən sonra o, “Musiqinin ruhundan faciənin doğuluşu” kitabını yazır. Sonra isə “Vaxtında deyilməmiş fikirləri”ni qələmə alır.
1879-cu ildə Nitşe səhhəti ilə əlaqədar işdən ayrılır. Kiçik təqaüdlə evində xəstə yatır. 1989-cu ildə at arabası qəzasında yaddaşını itirir. Və 25 avqust 1900-cü ildə dünyasını dəyişir.
(səs:1)
Müəllif: Libera | Baxış: 338|
Oxşar məqalələr:



Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.