Azərbaycanlı mediumdan tükürpədici açıqlamalar: Qurd yağı...

Azərbaycanlı mediumdan tükürpədici açıqlamalar: Qurd yağı...


Qədimdən bəri insanların taleyi ilə bağlı xəbər verən insanlar olub. Onlara falçı, baxıcı, ekstrasens, medium və s. adlar qoyulub. Bu işlə məşğul olmaq və ya bu işi görənlərə müraciət etmək dinlərdə haram olaraq buyurulsa da, bu günə kimi öncəgörücülərə inanan, müraciət edənlər çox olur.

Necə deyərlər "fala inanma, faldan da qalma"...

Cəmiyyətimizdə də fala, caduya maraq böyükdür. Bunu nəzərə alaraq, mən də daim aktuallığını qoruyan mövzu ilə bağlı araşdırma apardım. Təsadüfən haqqında məlumat öyrəndiyim azərbaycanlı medium Novruz bəylə müsahibə almaq imkanım oldu.

Həmsöhbətimdən bir çox maraqlı, hətta, tükürpədici məlumatlar aldım.

Medium Novruzun Libera.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- Medium, ekstrasens qeyri-adi gücə malik olan seçilmiş və digər insanlardan bəzi bacarıqlarına görə seçilən kəslərə deyilir.
Mən 7 yaşımdan, əsas da 15 yaşımdan başlamışam. Mən gücümü cadu etmək, təmizləmək və müəyyən səbəbi bilinməyən xəstəlikləri müalicə etmək üçün istifadə edirəm. Kart, su və kitabla baxıram. Bəzən isə insanlarla söhbət edərək onlar haqda məlumat verirəm.

- Bildiyiniz kimi, mediumluq dində haram buyurulub. Siz bu gücünüzü Allah tərəfindən vergi kimi hesab edirsiz, ya necə?
- Dinə münaisbətim normaldır. Lakin dindar deyiləm. Mənim gücüm İlahi güc deyil, şeytanidir. Bəli, cadu etməyin və etdirməyin günah olduğunu bilirəm. Amma bu həyatı biz seçmirik. Bizim üçün seçilir.

- Bizim cəmiyyətdə medium ifadəsi çox işlənmir. Daha çox falçı kimi yanaşırlar. Və bildiyiniz kimi, falçı adı altında fəaliyyət göstərən bir çox fırıldaqçı insanlar var. Gerçək gücə sahib medium ilə fırıldaqçıları neçə ayırd etmək olar?
- İlk növbədə bu cür fırıldaqçılar psixoloji cəhətdən zəifləyən insanları öz ovlarına çevirirlər. Ən asan yollardan biridir fırıldaqçılıq. Həqiqi ekstrasensi seçmək üçün getdiyin görücüyə öz haqqında yalan məlumat vermək lazımdır. Yəni, rola girmək. Əgər getdiyin adam işinin əhlidirsə, bunun bir oyun olduğunu başa düşər və deyər. Əgər adam rolunu yaxşı oynayarsa, həmin fırıldaqçılar özləri tələyə düşərlər.

- Cadu ən çox nə üçün edilir?
- Cadunun növləri var. Gəlin-qaynana, ana-qız münasibətləri, iş yollarının, bəxtin açılması, ruzinin bol olması və bununla yanaşı, təbii ki, qara cadu üçün.

- Siz də "qara magiya" edirsiz?
- Əlbəttə. Əvvəlcədən dediyim kimi mənim gücüm şeytanidir.

- Siz də cinlərlə ünsiyyət qurursuz?
Təbii, ki. Hər mediumun bir və ya bir neçə cini olur. Mənim cinlərim də daim yanımdadılar. Lakin onlarla necə danışdığım haqda bəhs etmək istəmirəm. Bu sirrdir mənim üçün. Dediyim kimi, biz seçmirik. Seçilirik.

Azərbaycanlı mediumdan tükürpədici açıqlamalar: Qurd yağı...


- İlk dəfə gördüyünüz an yadınızda?
- İlk dəfə görəndə Əhmədli tərəfli qalırdım. Gecə vaxtı gördüm və qorxdum. Bir neçə dəqiqə danışa bilmədim. Onda uşaq idim və elə bir varlığı görən hər insan qorxuya düşərdi. O günlərimi çox gözəl xatırlayıram. Əvvəlcə reaksiya vermədilər, qorxuluğumu götürdülər. Hətta, gözə gəlib dedilər. Amma zaman keçdikcə səhhətim pisləşdi. Şok keçirirdim, təcili tibbi yardım çağırırdılar. Görünüşdə xəstə idim, lakin yoxlanışdan sonra sağlam olduğum deyilirdi. Zaman keçdikcə mən gördüklərimdən bəhs etdikcə inanan da olurdu, inanmayan da. Ancaq çoxları sahib olduğum gücün şahidi olub.

- Şok keçirdiyiniz an halınız necə olurdu, nə görürdünüz?
- Halım pisləşirdi, yıxılırdım. Dəhşətli baş ağrılarım olurdu. Bu hal baş verdikdə nəbzim və ürəyim sürətlə döyünməyə başlayırdı. Həmin vaxt sankı yuxu yatırdım və gördüklərim yuxu kimi gəlirdi mənə. Beynim bu dünyada olsa da, ruhum sanki başqa yerdə idi. Elə maraqlı haldır ki, danışaraq bunu izah etmək çətindi.

- Həmin anda başqalarına aid nələrsə görürdünüz?
- Xeyr. Həmin anda başqalarına aid nəsə görmürəm. Sadəcə olaraq, bəzi heyvanların səslərini eşidirəm. Bəzən bu vaxt uzun olur, bəzən isə yarım saat.

- Özünüzə və ya ailə üzvlərinizin gələcəyinə aid nəsə görürsünüz?
- Özümə aid bir çox şeyləri görürəm. Lakin ailəmə aid heç bir şey görmürəm.

- Ailə üzvlərinə aid nəsə görə bilməməyinizin səbəb nədir?
- Bunun səbəbi var. Lakin bu haqda danışmaq istəmirəm.

- Hər halda bu hal hər bir mediuma aiddir...
- Başqalarının adından danışmaq istəməzdim. Ancaq məndə belədir.

- Eşitdiyimə görə, cadular müxtəlif olur. Xristianlarda, müsəlmanlarda, qaraçılarda və s. bir-birindən fərqli-fərqli olur. Siz bunlardan hansından istifadə edirsiz? Və deyilənə görə, xristian edən cadunu müsəlmanlar təmizləyə bilmir...
- Mən kart, su, kitab, bəzən isə elə insan üzünə baxaraq görürəm. Mən vefk duaları ilə işləyirəm. Vefk ən çox Türkiyədə istifadə olunur. Vefk güclü dua deməkdir. Müəyyən simvollarla yazılır. Mən cadu edərdən ən çox müəyyən heyvan dərisi, tükü, qanı və sümükdən istifadə edirəm. Xristian cadusunu da təmizləyə bilirəm. Hər medium başqa mediumun etdiyi cadunu təmizləyə bilər. Bacarmasalar, o zaman mediuma ehtiyac olmaz. Hər sahədə olduğu kimi bir-birindən güclü mediumlar da var.

Azərbaycanlı mediumdan tükürpədici açıqlamalar: Qurd yağı...


- Biraz vefk haqqında məlumat verin zəhmət olmasa...
- Vefk havas elminə aiddir. Mənası güclü dualar deməkdir. Vefk Misir, Ərəbistan, Türkiyə və bir çox İslam ölkələrində istifadə olunur. Lakin Azərbaycanda çox az adam tanıyır. Vefk bir çox din (İslam) alimləri tərəfindən gizli və ya aşkar şəkildə tələbələrinə öyrədilir. Vefk həm ağ, həm qara caduda istifadə olunur. Hətta, İsrail cadugərları vefkdən istifadə edir.

- Çox maraqlıdır.
- Əlbəttə. Həm maraqlı həm də güclü elmdir.

- Dinə görə insanların həyatı, gələcəyi qismət amilindən asılıdır. Lakin caduda insanın bəxtini, yolunu bağlandığı iddia olunur. Əgər həyatın gedişatı qismətdən asılıdırsa, daha cadu ilə kişi ilə qadını bir-birinə bağlamaq, və ya kiminsə bəxtini bağlamağın nə təsiri ola bilər ki?
- Qismət amili önəmlidir. Lakin cadu da güclü olanda insanı ölümə belə apara bilər. Rəbb nə istəyirsə, o da olar. Onun gücünü heç kəsin gücü, elmi yetməz. Lakin caduda nədən istifadə olunduğu amili var. Burada söhbət qara cadudan gedir. Lakin ağ magiya zəif olur. Qismət, alın yazısı var. Bunu danmaq mümkün deyil. Amma qara magiya ilə ömürlük cadu ilə az da olsa qismət yollarını zədələyə bilər. Ömürlük caduların ilk vaxtlar təsiri daha güclü olur, lakin zaman keçdikdə təsiri azalır.

- "Qara magiya"ya nələr daxildir?
- "Qara magiya" bəd niyyətlə edilən işdir. Kiminsə sağlamlığına, kiminsə ailəsinə, kiminsə ruzisinə, hətta, qız və ya oğlanın sevəcəyi insanın çıxmamasına, kiminsə övladının olmasını əngəlləmək üçün edilən əməl. "Qara magiya" üçün belə şeylərə görə müraciət edirlər.

- Bəs "ağ magiya" nədir?
- Bütün bunların əksi. Övladı olsun, bəxti açılsın.

- Bəzən mətbuatda qəbirstanlıqda qəbirdən çıxan insan şəkilləri xəbərləri yer alır. Bunların cadu edilmiş şəkillər olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
- Nəinki qəbirstanlıqda, hətta, getdiyimiz yolda hansısa ağacın dibində cadu ola bilər. Qəbirstanlıqda olan cadular xəstəlik və ya ölüm üçün edilir.

- Qurd yağı nədir? Hardan əldə olunur?
- Qurd yağı çox bahalıdır. O, meyitdən götürülür. Ya yeni basdırılmış meyit, ya da meyiti yeyən qurddan alınır. Bu işlə məşğul olan insanlar var.

- Qurd yağı ancaq "qara magiya"da istifadə olunur?
- Ən cox "qara magiya" üçün istifadə edilir.

Azərbaycanlı mediumdan tükürpədici açıqlamalar: Qurd yağı...


- Cadudan qorunmağın yolu yoxdur? İnsan nədən bilə bilər ki, ona cadu edilib?
- Bilirsiz, cadudan qorunmağın təbii ki, bir çox üsulları var. Amma insanlar indi ən xırda problemi belə caduda axtarır. Bu isə fırıldaqçılığa şərait yaradır. Əgər bir insanın işləri heç yolunda getmirsə, evində həmişə dava-dalaş varsa, tez-tez xəstələnirsə və səbəbi bilinməyən baş ağrıları varsa, o insana cadu olunduğunu düşünmək olar.

- Bu hallar varsa insan nə etsin?
- Cadudan qorunmaq üçün bir kitab adı deyəcəm. O, kitabı əziz oxucular alıb içindəki dualarla və üsullarla özlərini qoruya bilərlər və ən asan qorunma yolu bir miqdar sirkəli suya "Ayətəl kürsi", "Fələq", "Nas", "Fatihə" sürələrini oxuyub üfürüb bu suyla yuyunmaq lazımdır. O sudan evin hər yerinə səpsələr də yaxşı olar. Adını sadaladığım sürələri oxuyaraq rahatlıq tapmaq olar.

- Kitabın adı necədir?
- "1001 şəfa".

Libera.az
(səs:2)
Müəllif: Libera | Baxış: 1606|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.