Geyim seçərkən bunlara diqqət edin - MƏSLƏHƏT

Geyim seçərkən bunlara diqqət edin - MƏSLƏHƏT

Dəb insanın özünə yaraşanı seçməsidir. Lakin öz tərzinizi yaradanda dəbdə olan rəngləri və modelləri nəzərə almağı unutmayın.

Düzgün rəng seçimi

Geyim seçəndə bir rəngdən istifadə etmək daha məsləhətdir. Eyni rəngdə geyinsəniz, daha hündürboy və arıq görsənməklə yanaşı, həm də qüsurlarınızın gizlənməsinə şərait yaradacaqsınız. Əsasən qara, qızılı, krem rəngi, tünd qəhvəyi və s. bu kimi sadə tonlara üstünlük verməyə çalışın.

Geyim seçəndə ölçülərinizi unutmayın

Ölçülərinizdən çox böyük, uzun, enli donlar, ya da çox kiçik, bədəninizə yapışan geyimlər, sizi olduğunuzdan da daha kök göstərir. Buna görə də həmişə bədən ölçülərinizə uyğun geyimlər alın.

Hansı növ parça seçməli?

Parça növünü isə elə seçməlisiniz ki, ikinci dəriniz kimi bədəninizə yapışan olmasın. Cins kobud olsa da bir çox qüsurları örtür, amma kətan və elastik parçalar isə bədəndəki artıqları daha da qabarıq göstərir. Çox nazik parçalardan istifadə etmək isə çox təhlükəlidir. Çünki, həm altı görsənir, həm də artıqları yaxşıca göz önünə çıxardır. Beləliklə, gözəl olmaq haqqında fikirləşdiyiniz halda başqa təəssürat yarada bilərsiniz. Odur ki, parça seçimində daha diqqətli olun və bədəninizə yapışmayan, əksinə, qüsurlarınızı örtən parça növlərini seçin.

Elə şalvar seçin ki, qarnınızı gizlətsin

Baxmayaraq ki, ilk dəfə kişilərin əynində görmüşdük, amma artıq hər qadının qarderobunda şalvarların xüsusi yeri var. Buna görə də seçimi düzgün etmək çox vacibdir. Şalvar geyinəndə arıq görsənmək üçün büzməsiz və bükməsiz modellər seçin. Çünki, belələri qarnınızı olduğundan daha böyük göstərir. Çalışın göbəyinizdən 3 sm aşağıdan başlayan və enli balaq modelləri seçin. Həm də omba hissəsini balaca göstərir.

Böyük ombanı ətək geyinərək arıqlatmaq olar

Ətək seçəndə isə kiloqramınıza xüsusi fikir verməlisiniz. Böyük omba və qarın probleminiz varsa, düzgün seçim edərək bu hissənin böyüklüyünü çox rahat ört-basdır edə bilərsiniz. Heç vaxt enli ətəklər geyinməyin, çünki bu, ombalarınızı daha böyük göstərir. Normal endə olanlar isə ayaqlarınız daha gözəl görsənməyinə şərait yaradar. Əgər boyunuz uzundursa, qısa, qısadırsa, uzun modellərə üstünlük verin.

Sinənizi böyük göstərmək istəyirsiniz?

Bu yay naxışlar, bəzəkli geyimlər də dəbdədir. Amma heç vaxt eninə naxışlı paltarlar geyinməyin, çünki, belə modellər daha kök göstərir. Sinə hissəsində olan naxışlar isə döşləri böyük göstərir. Əgər belə bir arzunuz varsa, sinəsi naxışlı köynəklər geyinin.

İncə bel olmaq arzunuz var?

Beliniz incə deyilsə, qalın və geniş kəmərlərdən istifadə etməyin. İncə və bir rəngdə olan kəmərlər incəbel görünməyinizə daha çox şərait yaradır. Əgər beliniz incədirsə, qalın kəmərləri rahat istifadə edə bilərsiniz.

Uzun və seksual ayaqları kim istəməz?

Boyunuzu uzun, ayaqlarınızı isə incə göstərmək istəyirsinizsə, hündürdaban ayaqqabı geyinə bilərsiniz.

Böyük döşlərinizi V ilə kiçildin

Köynək, T-shirt və s. köynəklərdə V yaxa modelinə üstünlük versəniz, fərqli görünəcəksiniz. Əgər sinəniz böyükdürsə, V modeli məhz sizin üçün uyğundur".

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 906|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.