Gözəl dırnaqların sirri: mükəmməl manikür - QAYDA

Gözəl dırnaqların sirri: mükəmməl manikür - QAYDA


Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz.

Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bəs bunu peşəkar şəkildə necə edək?

Libera.az mükəmməl manikürün yollarını sizə təqdim edir.


1.Manikürə başlamazdan öncə bütün lazımi ləvazimatları hazırlamalı və əllərinizi manikürə uyğun vəziyyətə gətirməlisiniz. Mükəmməl bir manikür üçün ilk öncə lazım olanlar - sterilizə edilmiş manikür alətləri, təmiz dəsmal, dırnaq əti üçün qayçı, yumuşaldıcı krem, ilıq su, manikür qabı və asetion.

2. Dırnaqlarınızın yumşalması üçün əllərinizi ilıq suda 10-15 dəqiqə saxlayın. Daha sonra dırnaq qırağındakı ətləri təmizləmək üçün uyğun hala gətirin.

3. Dırnaq qayçısıyla dırnaqlarınızı gözəl və səliqəli formaya salın.

4. Diş çöpünün ucuna pambıq büküb dırnağın qırağındakı ətləri geri itələyin.

5. Dırnaqlarınızı pilkanın köməyi ilə formaya salın. Sonra yaxşıca kremləyin. Dırnaq kənarları üçün nəzərdə tutulan yağlardan istifadə edə bilərsiniz. Krem artıqlarını dəsmalla silə bilərsiniz.

6. Dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin .

7. Manikürü bitirdikdən sonra ləvazimatları spirtlə təmizləyib kənara qoyun. (Ailəm.az)

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 156|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.