Balıq uşaq orqanizminə necə təsir edir?

Balıq uşaq orqanizminə necə təsir edir?


Uşaq yaşlarında ayda heç olmazsa bir dəfə balıq yemək gələcəkdə təhlükəli xəstəliklərin çoxunun inkişaf riskini azaldır.

İsveçin Höteborq Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri bu faktı təsdiq edib.

İsveçli diyetoloqlar uşaq yaşlarında yeyilən balıq və balıq məhsullarının potensial faydasını üzə çıxarıblar. Məlum olub ki, böyüməkdə olan orqanizmin rasionuna daxil olan balıq ot qızdırmasının (pollinoz) inkişaf riskini xeyli azaldır.

Tədqiqatçılar bir yaşınadək olan uşaqların qidalanması və həyat tərzi ilə bağlı 4 min valideyn arasında sorğu aparıblar, uşaqlar bir az böyüyəndən sonra onların sağlamlıq durumunu yoxlayıblar. Onlar belə qənaətə gəliblər ki, ayda heç olmazsa bir dəfə balıq yeyən uşaqlar 12 yaşına çatanda allergiyanın inkişaf riskinə təqribən 30 faiz az məruz qalırlar. Balıq məhsulları sonralar astma və ekzemanın inkişaf riskini də azaldır.

Tədqiqatçıların sözlərinə görə, balığın faydalı xüsusiyyətləri tərkibində antihistamin xassələrə malik omeqa-3 yağ turşusunun miqdarının yüksək olması ilə bağlıdır. Alimlər bildirirlər ki, hazırda rasionumuzda belə xüsusiyyətləri olmayan omeqa-6 yağ turşusu daha çoxdur. Balığın tərkibində isə omeqa-3 ilə bərabər, çoxlu faydalı maddələr, məsələn, vitamin D, müdafiə funksiyalarına malik külli miqdarda zülal var. (Azərtac)

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 264|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.