Qadın sağlamlığı üçün vacib addımlar

Qadın sağlamlığı üçün vacib addımlar


Sağlam həyat tərzinin ayrılmaz komponentlərindən biri idman və fiziki fəaliyyətlərdir. Dünyada bəzi qadınlar müxtəlif səbəblərə bağlı olaraq idman və fiziki fəaliyyətdə iştirak hüququndan çətinlik çəkir. Sağlamlığın əhəmiyyətli hədələrindən birinin hərəkətsiz həyat olduğu isə mövcud reallıqlardan biridir. Bilinən bir digər gerçək isə, dünyada və ölkəmizdə qadınların kişilərə nisbətən daha hərəkətsiz bir həyata sahib olduqları və hərəkətsizliyə bağlı problemlərin qadın sağlamlığını təhdid etdiyidir.

İdman və fiziki fəaliyyətə iştirak isə həm fizioloji, həm psixoloji baxımdan sağlam bir həyatın şərtidir. Boş vaxtlarda idman məşqləri etməmək hərəkətsizliyə səbəb olduğundan ürək damar xəstəlikləri, şəkər xəstəliyi, sümük problemləri, hipertəzyiq və köklük kimi narahatlıqlar yarada bilir. İdman məşqləri isə bunun inkişafına və irəliləməsinə maneə törədərək, depressiyanın azalmasında, özünə hörmətin və güvənin artmasında əhəmiyyətli rol oynayır. Təəssüf ki, bəzi qadınlar və qız uşaqlarının böyük əksəriyyəti fiziki fəaliyyətin bu müsbət tərəflərinə ciddi fikir vermir. Bunun səbəbi qadınların ictimai həyatda qadın, ana kimi sosial qayğılarından, karielarından və buna bənzər digər problemlərindən qaynaqlanmasıdır. Buda son nəticədə insan sağlamlığının istənilən səviyyədə olmamasına şərait yaradır.

Bəzi analitiklər deyirlər ki, "İdman geyimləri sənayesi insanlara yaxşı əhval-ruhiyyə gətirir".
Qadın idman geyimlərinin satışının yüksəlişinə bu geyimlərin dəbliliyi xüsusi təkan verib. Qadınlar indi idman geyimlərini dəbli paltar kimi geyinirlər.

Təəccüblü deyildir ki, bu bazarın belə dəyərə minməsində, bura əsasən qadınların rəhbərlik etdikləri şirkətlərin öz yeni brendlərini gətirməsidir. Nyu Yorkda mənzillənmiş qadın idman geyimləri firması "Live The Process"-in təsisçisi Robyn Berkley deyir ki, brendin məqsədi təkcə geyim yox, həm də "xalis mal" istehsal etmək, doğruçuluq və rifah idealizminin tələblərini qarşılamaqdır.

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 251|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.