Tomazo Albinoni

Tomazo Albinoni Tomazo Albinoni (it. Tomaso Albinoni) - İtaliyalı bəstəkar.

Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan cətinlik cəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır.

Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir. Bu səbəbdən bir çox tarixçi və alimlər Tomazo Albinoninin ölüm tarixi kimi 1741-ci ili götürürdülər. Ancaq Venesiya şəhərində yerləşən San Barnaba kilsəsinin arxivində, kilsə nəznində saxlanılan şəxslər haqqındakı, hesabatda musiqiçi Tomazo Albinoninin 1751-ci ildə şəkərli diabetdən vəfat etdiyi göstərilmişdir.

Tomazo Albinoni 80 yaxın opera bəstələmişdir. Ancaq əsərlərinin bir çoxu 1945-ci ildə Drezden şəhərinin bombalanması zamanı itmişdir. 1720-ci ildə operaları ilk dəfə olaraq İtaliyadan kənarda Münhen şəhərində səhnələşdirilmişdir.

Əsas əsərləri və yayımlandığı yerlər

Op. 1 : 12 Suonate a tre, Venesiya 1694;
Op. 2 : 6 Sinfonie & 6 concerti a 5, Venesiya 1700;
Op. 3 : 12 Baletti a tre, Venesiya 1701;
Op. 4 : 6 Sonate da chiesa pour violon & B.C., Amsterdam yaxınlığında 1709-cu ildə göstərilmişdir;
Op. 5 : 12 Concerti a cinque (& B.C.), Venesiya 1707;
Op. 6 : 12 Trattenimenti armonici per camera pour violon, violone et clavecin, Amsterdam 1712;
Op. 7 : 12 Concerti a cinque pour un ou deux hautbois & cordes, Amsterdam 1715;
Op. 8 : 6 Balletti e 6 Sonate a tre, Amsterdam 1722;
Op. 9 : 12 Concerti a cinque pour un ou deux hautbois & cordes, Amsterdam 1722;
Op. 10 : 12 Concerti a cinque pour 3 violons, alto, violoncelle & B.C., Amsterdam (? 1735-36);

Bu əsərlərdən başqa Albinoninin iyirmiyə yaxın əl yazma formasında saxlanılan opera əsərləridə vardır.

(səs:0)
Müəllif: Roya | Baxış: 326|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.