Madonna

Madonna


Madonna (ing. Madonna Louise Veronica Ciccone; 16 avqust 1958, Miçiqan, ABŞ) — "Pop Kraliçası" ləqəbli Amerikan müğənnisi, akrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, yazıçı.

Vizzellinin araşdırmasına görə Madonna tarixdə həm müğənnilərə, həm də adi insanlara ən çox təsir edən qadın müğənnidir. O 300 milyondan artıq musiqi albomu satışı göstəricisi ilə tarixdə ən çox musiqi albomu satılan qadın müğənni hesab olunur. Onun musiqi albomlarından 4-ü tarixdə ən çox satılan albomlar sırasındadır. Müğənni hələ ilk albomundan 5 ulduz qazanmış nadir pop ulduzlarındandır. Madonna XX əsrin 25 nüfuzlu qadını siyahısına daxil edilmiş yeganə qadın müğənnidir. O, Ginnesin Rekordlar Kitabına dünya tarixində "ən müvəfəqiyyətli qadın müğənni" kimi düşmüşdür. Madonna Slant jurnalı tərəfindən tarixdə ən çox yaxşı klip çəkmiş müğənni hesab olunur. Ən bahalı videokliplər siyahısında Madonnnın "Die Another Day" klipi (2002-ci il) 6 milyon dollarla 2-ci yerdə, "Express Yourself", "Bedtime Stores" hərəsi ayrılıqda 5 milyon dollarla 3 və 4-cü yerlərdə dayanırlar. Tarixdəki ən müvəfəqiyyətli konsert turnesi də Madonnaya aiddir. 2008-ci ildə Hard Candy albomunu dəstəkləyən Sticy & Sweet adlı dünya konsert turnesi zamanı 280 milyon dollarlıq bilet satışı əldə edən Madonna, 2009-cu ildə eyni adlı turnesi ilə 408 milyon dollar qazanaraq öz rekordunu yenilədi. Ginnesin Rekordlar Kitabı 2006-cı ildə onu ən çox qazanan qadın sənətçi kimi qiymətləndirdi. Mahnılarında müxtəlif mövzulara toxunması, tez-tez fərqli üslublardan istifadə etməsi, yaradıcı və yenilikçi olması onu digərlərindən ən çox fərqləndirən xüsüsiyyətlərdir.



Madonna "Dünya Musiqi Mükafatları"nın "Yaşayan əfsanə" nominasiyasının qalibi olmuşdur. O, həmçinin öz yazıçılığına, siyasi görüşlərinə, xeyriyyə işlərinə görə də diqqət cəlb edir. O müasir ulduzlardan Britni Spirs, Nelli Furtado, Şakira, Qven Stefani, Kristina Agilera, Lady Gaga, Keti Perri kimi məşhurlara böyük təsir göstərmişdir.

Madonna


Amerikan tarixində ən çox Top 10 hiti olan qadın müğənni olduğu kimi, ilk həftəsində ən çox ölkədə Top 10-dan giriş edən mahnı da Madonnaya aiddir. Madonnanın "Papa Don't Preach", "Vogue", "Like a Prayer", "La Isla Bonita", "Like a Virgin", "Hung Up", "Ray of Light", "Frozen", "Die Another Day", "Music", "4 minutes" bu kimi mahnıları məşhur top listələrdə nömrə bir səviyyəsinədək yüksəlmişdi. 'Hung up' 2005-ci ildə satışa çıxan zaman 45 ölkədə nömrə 1 olaraq ,Rekordlar kitabına daxil olmuşdu. MTV-nin yaranması ve musiqi kliplərinin inkişafında Madonna, Maykl Cekson və Corc Maykl ilə birlikdə ən çox təsiri deymiş müğənnilərdən biridir.Otuz illik sənət karyerasında 9 Grammy, 2 Qızıl Qlobus,24 MTV Video Music Awards,30 Billboard və başqa mükafatlar əldə edib.Billboard 2010-cu ildə Madonnanı ən bacarıqli solo sənətçi elan edib. UK albom çartında ən çox nömrə 1 səviyyəsinə yüksəlmiş alboma malik olan (12 albom) müğənni Madonnadır.Britaniya mətbuatı 2010-cu ildə son 10 ilin ən populyar sənətçiləri siyahısında Madonnanı birinci yerdə göstərib.Həmən siyahıda ilk onluqda Madonnadan başqa tək solo ifa edən başqa qadın sənətçilər yer tapmayıb.

Dövri olaraq çıxan Forbes Jurnalının 'ən təsirli insanlar' siyahısında Madonnanın adı dəfələrlə göstərilib.2012-ci ildə VH1 Music Madonnani musiqi tarixində'100 ən böyük qadin mügənni' siyahisinda 1-ci yerdə göstərdi. 2012 yanvar ayinda Madonna 'best original song' nominasiyasinda qalib gələrək (masterpiece) , sayca 2-ci Golden Globes'i qazandı , həmin ilin əvvəlində Madonna ,'Super Bowl Halftime Show' performansı gerçəkləşdirdi və şounu rekord sayda tamaşaçı ( 114 milyon ) izlədi. Mart,2012 tarixində Madonnanın 12-ci studiya albomu olan MDNA işıq üzü gördü və albom ilk həftədə Amerika ve Britaniya (Elvis Presli yi keçərək, UK albom çartında rekord sayda - 12 nömrə 1 alboma malik olan solo sənətçi oldu ) satış listələri başda olmaqla bir çox olkədə 1 nömrəyə yüksəldi.



31 may, 2012 tarixində Madonna "MDNA " dünya turnesinə start verdi.7 ay davam edən turne 315 milyon dollar gəlir əldə etdi və 2012-ci ilin ən böyük dünya turu oldu , eləcə də indiyənədək gerçəkləşən 10 ən böyük turne siyahısına daxil oldu.Mart, 2015 tarixində Madonna 13-cü albomunu - Rebel Heart çıxartdı və eyni ilin sentyabr ayında eyni adlı dünya turuna start verdi. 20 mart,2016 tarixində Rebel Heart dünya turu Avstraliyada başa çatdı. Turun ümumi gəlirləri 82 şou ilə 170 milyon ABŞ dolları təşkil etdi və ümumi iştirakçı sayı 1.045.479 oldu.

Madonna


Diskoqrafiya
1983: Madonna 10 mln nüsxə
1984: Like a Virgin (Madonna albom) 25 mln nüsxə
1986: True Blue 26 mln nüsxə
1989: Like a Prayer (Madonna albom) 15 mln nüsxə
1990: "Immaculate Collection 30 mln nüsxə
1992: Erotica 6 mln nüsxə
1994: Bedtime Stories 7 mln nüsxə
1994: "Something To Remember" 8 mln nüsxə
1995: "Evita" 8 mln nüsxə
1998: Ray of Light (Madonna albom) 20 mln nüsxə
2000: Music 15 mln nüsxə
2003: American Life (Madonna albom) 7 mln nüsxə
2005: Confessions on a Dance Floor (Madonna albom) 12 mln nüsxə
2008: Hard Candy 4.5 mln nüsxə
2009: " Celebration" 2 mln nüsxə
2012: " MDNA " 2 mln nüsxə
2015 " Rebel Heart " 1 mln nüsxə



Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 200|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.