İntizar Cecelini məhkəməyə verib

İntizar Cecelini məhkəməyə verib

Türkiyəli müğənni İntizar həmkarı Mustafa Cecelini məhkəməyə verib.

Libera.az türk mediasına istinadən xəbər verir ki, o, Cecelinin həyat yoldaşı ilə bağlı yayılan son videolardan sonra kəskin addımlar atdığını bildirib. Məhkəmədə müğənni İntizarın şikayətinə baxılıb. Qərara görə, Mustafa Ceceli həmkarına 2 ay müddətə yaxınlaşa bilməyəcək. Ceceli İntizarla telefonla və digər vasitələrlə əlaqə saxlamaq imkanından məhrum qalacaq.

Bundan başqa, Mustafa Ceceli qadın müğənnini aşağılayan ifadələrə yol verərsə, külli miqdarda təzminat ödəməli olacaq.

İntizar vəkili vasitəsi ilə məhkəməyə yazdığı ərizədə ona cangüdən ayrılmasını xahiş edib. İntizar Mustafa Cecelidən həyatı üçün təhlükə gözlədiyini də iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Mustafa Ceceli video paylaşaraq həyat yoldaşının İntizarla intim əlaqələri olduğunu iddia etmişdi.

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 99|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.