Rihannanın evinə polis basqını

Rihannanın evinə polis basqını


Öz füsünkar səsi və gözəlliyi ilə musiqisevərlərin sevimlisinə çevrilən Barbadoslu müğənni Rihannanın Los-Ancelesdəki evinin təhlükəsizlik siqnalı çalan kimi polislər ünvana gediblər.

Hadisə zamanı müğənni evdə olmayıb. Polislər vertolyot və avtomobillərlə ünvana yollanıblar.

Onlar evin ətrafına toplaşıb, məkanı mühasirəyə alıb və içəridə kimin olduğunu araşdırıb. Amma polis siqnalın çalınma səbəbini tapa bilməyib.

İfaçıyla jurlalistlər əlaqə yaratmağa çalışıblar, lakin, ifaçı zəngə cavab verməyib.

Polislər Rihannanın pərəstişkarlarından şübhələnib. Çünki, bu ilin may ayında fanatı Rihannanın evinə basqın etmişdi. Fanatı onun evinə daxil olaraq orada 12 saat vaxt keçirib.

Eduardo Leon adlı şəxs hasardan keçərərək müğənninin malikanəsinə daxil olub. Lakin həmin vaxt Rihanna evdə olmasa da, qulluqçu naməlum şəxsi görüb və polisə xəbər edib. Bundan sonra 27 yaşlı fanatı basqın və vandallıq maddələri ilə 6 həbs cəzası gözləyir. Onun evə hər hansı zərər verdiyi məlum deyil.

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 121|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.