Evdar xanımlar üçün maraqlı məsləhətlər

Evdar xanımlar üçün maraqlı məsləhətlər


Hər bir xanım mətbəxdə qüsursuz olmağı arzulayır. Bunun üçün xırda qaydaları bilmək kifayətdir.

Libera.az xırda mətbəx sirrlərini sizlər üçün təqdim edir:

Qab dəstlərinizin içərisində hansısa çatlayıbsa, onu atmağa ehtiyac yoxdur. Qabın sınmasının qarşısını almaq üçün onu bir qazana qoyub, üstünə ağzına qədər süd tökün. Vam odda 45 dəqiqə qaynadın və soyumağa qoyun. Çatlardan əsər qalmayacaq.
Banan qızartmasının dadlı alınması üçün onu sobada bişirmək məsləhətlidir. Doğranmış bananı tavaya düzüb, üzərinə kərə yağı qoyub, limon şirəsi səpib, 180 dərəcə isidilmiş sobada 8 dəqiqə bişirin.

Əgər ərinmiş kərə yağı qaxsayıbsa, içərisinə doğranmış kök atıb, bir az vam odda qaynadın.

Balığı 15 dəqiqə duzlu suda saxlasanız qızartdıqda dağılmaz.

Salata doğranmış soğan qatmaq istəyirsənsə, onu xırda doğrayıb, aşsüzənə qoyub, üstünə qaynar su tökün. Beləcə, soğanın acılığı qalmayacaq.

Əgər mayonez qıcqırıbsa, içərisinə bir az buzlu su töküb qarışdırın.

Şüşə qablardakı yağı rahat təmizləmək üçün içərisinə bir az qəhvə xıltası töküb, çalxalayın.

Bıçaqları bir-birindən ayrı yerdə saxlamaq lazımdır. Bir-birinə dəyəndə kütləşir.

Büllur qabları isti su ilə yumaq olmaz. Əks-halda onların rəngi qaralacaq və parıltısı solacaq.

Alüminium qabların parıldamasını istəyirsinizsə, onları yuduqdan sonra içərisinə naşatır spirti tökülmüş su ilə yaxalayın. (Axşam.az)

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 164|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.