"Ya həmişə, ya heç vaxt" deməyin!

"Ya həmişə, ya heç vaxt" deməyin!


Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.


1.Porsiyaları kiçildin


Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.


2. Çayı və qəhvəni şəkərsiz için


Hər gün 5 qənd istifadə etdiyinizi hesablasaq, 100 kalori enerji qəbul etdiyinizi görəcəksiniz. Hər gün 100 kaloridən əl çəkərək ayda 3, ildə isə 36 min 500 kaloridən azad ola bilərsiniz. Bu isə ilin sonunda 5 kq arıqlamaq deməkdir.


3. Salatların yağına diqqət


Yeməklərdən əlavə salatlarda istifadə etdiyiniz yağa diqqət edin. Gündə 1 qaşıqdan artıq zeytun yağı istifadə etməməyə çalışın. Yağdakı kalorini azaltmaq üçün sirkə və ya ədviyyatlardan istifadə etmək olar.


4. Paxlalı qidalar


Həftədə ən azı 1-2 dəfə mərcimək, quru lobya, noxud kimi qidalar qəbul etməyə çalışın. Adıçəkilən qidalardan siz ancaq suda bişirmək yolu ilə salatlarda da istifadə edə bilərsiniz. Proteinlə zəngin paxlalılar bağırsağın fəaliyyətini tənzimləyir.


5. Doymuş yağ


Süd məhsulları alarkən onların az yağlı olanları seçməyə çalışın. Bununla gün ərzində alınan kalorinin miqdarını azaltmaq sizin öz əlinizdə olacaq.


6. Spirtli içkini azaldın


Spirtli içkiyə meyillisinizsə, şəraba üstünlük verin. Araq, viski kimi spirtli içkilərdə spirt 45-50 faiz olsa da, şərabda bu, 12-15 faizdir. 1 qram yağda 9, içkidə isə 7 kalori var.


7. Səhər yeməyini dəyişin


Eyni tipli qidalanmayın. Fərqli dadları sınayın. Bəzən səhərlər meyvə və yoqurt, bəzən pendir-çörək, bəzən isə yumurta, yulaf, süd kimi qidalar qəbul etməyə çalışın.


8.Yumurta yeyin


1 yumurtanın sarısı ilə 3 yumurtanın ağını qarışdırın. Bununla da daha az yağ və xolesterol, daha çox protein və kalsium qəbul edə bilərsiniz.


9. Aclığı ayırın


Aclıq fiziki və duyğusal olur. Cəsarətli olun və onları ayırmağa çalışın. Duyğusal aclıq daha çox gecə vaxtı müşahidə edilir. Bir az ehtiyatlı olmağa çalışın.


10. Kalori hesablamayın


Kalori hesablamaq yerinə sağlam qidalar yeməyə çalışın. Hər dəfə yeməkdə 5 əsas qida qrupunun nümunələrinin olmasına diqqət edin. Bunlar süd-yoqurt, ət-balıq-toyuq, çörək və un məhsulları, tərəvəz və meyvədən ibarətdir.


11. Düşüncəni dəyişin


Həyat tərzinizi və düşüncənizi yeniləyin. Sağlam qidalanmağı həyatınızın bir hissəsi halına gətirin.


12. "Ya həmişə, ya heç vaxt" deməyin. Bəzən pəhriziniz siz istəmədən belə pozula bilər. Ancaq "artıq pəhriz pozuldu" deyə onu dayandırmayın. Növbəti gündən pəhrizə və ya sağlam qidalanma rejiminə davam edin.

(səs:0)
Müəllif: Libera | Baxış: 230|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.