Tarixi suallar

Tarixi suallar


1) Adolf Hitler hansı səbəbə görə bığ saxlayırmış?

Cavab: Deyilənə görə bir dəfə Adolf Hitler dostu Ada Kleynə (Ada Klein) deyib: 'Bir çox insanlar deyir ki, mən bığımı qırxmalıyam, lakin bu mümkün deyil. Mənim burnum çox böyükdür. Bığ isə onun mənfi effektini azaldır.

2) Hansı Cənubi Amerika ölkəsinin adı qitənin azadlığının əldə olunmasında böyük pay sahibi olan, cəsur hərbi strategiyaları ilə seçilən Simon Bolivarın şərəfinə adlandırılmışdır?

Cavab:Boliviya Simon Bolivarın şərəfinə adlandırılıb. 1825-cildə respublikanın qurulmasında Simon Bolivarın çox böyük əməyi olub.

3) 1960-cı il Roma yay olimpiya oyunlarında birinci olan fransız sprinteri A. Le Gauloisin qələbəsində qeyri-adi olan nə idi?

Cavab: Le Gaulois yarışı sonuncu sırada bitirmişdi. Digər yarış iştirakçılarında dopinq aşkar edildiyi üçün onlar diskvolifikasiya olunmuş, qızıl medal isə ona verilmişdi.

4) Lev Tolstoy, Bernard Şou, Qandi və Pifaqoru birləşdirən cəhət nədir?

Cavab: Lev Tolstoy, Bernard Şou, Qandi və Pifaqor vegetarian idilər. Bir dəfə Bernard Şou demişdi: “Biz özümüz öldürülmüş vəhşi heyvanların canlı məzarları olduğumuz halda, necə Yer üzündə ideal şəraitə ümid edə bilərik?

5) 1914-cü il Afrikanın xəritəsinə Efiopiya və Liberiya niyə salınmamışdı?

Cavab: 1914-cü ilə kimi Liberiya və Efiopiya Avropa imperiyalarının tərkib hissəsi deyildilər. Efiopiya 19-cu əsrin sonlarında İtaliyaya qaşı müdafiə olunmağı bacarmışdı, amma 1935-ci ildə Mussolininin başçılığı altında olan ordu tərəfindən işğal olundu. Liberiya isə 19-cu əsrin əvvəllərində azad olunmuş Amerika qullarının vətəninə çevrilmişdi.

6) Havay 1959-cu ildə ABŞ-ın 50-ci ştatı seçilib. Bəs birinci ştat hansı hesab olunur?

Cavab:Deliverin (Deliware) birinci ABŞ ştatı olduğu iddia edilir . O, 7 dekabr 1987-ci konstitusiyası ilə təsdiq edilmiş ilkin 13 ştatın ən birincisi idi.

7) Ceyms Byukeneni (James Buchanan) digər ABŞ prezedentlerindən fərqləndirən cəhət nədir?

Cavab: O, heç vaxt evlənməmişdi

8) Eramızdan əvvəl 1-ci əsrdə Roma imperatoru Vespasian can verərkən nə söyləmişdi?

Cavab: “Aman tanrım! Mən Allaha çevrilirəm” (kayzen)

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 183|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.