Bədənimizdəki yırtıq xəstəlikləri

Bədənimizdəki yırtıq xəstəlikləri


Bədənimizin hansısa bir hissəsi və ya belimiz ağrıyanda buna çox da əhəmiyyət vermirik. Elə hesab edirik ki, bu, yorğunluqdandır və ya nəsə ağır bir yük qaldırmışıq. Heç təsəvvür də etmirik ki, bədənimizdə yaranan bu dəhşətli ağrıların səbəbi yırtıqlar ola bilər. Yırtıq hansısa bir orqan və ya toxumanın ətrafındakı əzələ arasından kiçik bir nöqtədən çölə çıxmasıdır. Yırtıqlar bədənin müxtəlif yerlərində ola bilər. Bunların hamısı insan həyatı üçün təhlükəlidir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar insanlar arasında daha çox yayılanı isə beldə olan yırtıqdır. Məlumdur ki, bel nahiyəsində 31 ədəd onurğa sümüyü var. Bu onurğa sümükləri arasındakı hərəkəti asanlaşdıran, onun dayanıqlı olmasına kömək edən bağ toxuması var. Tibb elmində bağ toxumasına disk də deyilir. Disk onurğa sümüklərini zərbələrə qarşı qoruyur. Disk iki qismə ayrılır: xarici və daxili. Bəzən xaricdə olan təbəqə öz formasını dəyişir. Bu zaman daxildə olan təbəqə xaricə doğru çıxır. Beləcə, bel nahiyəsində yırtıq yaranır. Yırtılan hissədən maye ifraz olunur. Bu maye güclü ağrılar yaradır. Xəstəlik hər yaşda özünü büruzə verə bilər.

Xəstəliyin məkanı:

Omba, bel, qarın, döş qəfəsi, göbək, əməliyyat olunan hissə.
Yırtıq haqqında ilk məlumatlar eramızdan 1500 il əvvələ aid olan papiruslar üzərində tapılıb. Xəstəlik haqqında diaqnozu eradan əvvəl 400-cü ildə Cos adlı mütəxəssis qoymuşdu. Həmin dövrdə insanları uzun illər yataq rejimində saxlayaraq, müalicə etməyə çalışırdılar. Orta əsrlərdə isə belə xəstələrin bellərinə ağır yük bağlayıb, onları saatlarla gəzməyə məcbur edirdilər. Xəstəliyin yaranma səbəbi isə uzun illər tibb elminə məlum olmayıb. 1721-ci ildə Renerulin adlı həkim yırtığın yüksək təzyiq nəticəsində əmələ gəlmə ehtimalını irəli sürüb. Xəstəliyin müasir müalicəsi 1877-ci ildə V.Czerni tərəfindən təyin olunub.

Əgər səndə

Bel, qarın və ya başqa bölgələrdə nəzərəçarpan şiş, bel və ayaqda ağrılar, yeriməkdə çətinlik çəkmək, qıçda keyləşmə, güc itkisi, qıcıqlanma, ürəkbulanma və qəbizlik varsa, demək, sən yırtıqdan əziyyət çəkirsən. Bədəninin hansısa bir yerində və belində yırtıq olan insanlar yeriyərkən axsayır, əvvəlki iş qabiliyyətlərini itirirlər.

Səbəb nədir?

Bədəndə yırtıqların yaranmasının əsas və daha çox yayılmış səbəbi ağır yük qaldırmaq, qəfil hərəkət etməkdir. Diskin qidalanma funksiyasının pozulması da yırtıq əmələ gətirə bilər. İnsan yaşlandıqca bədənində diskləri və damarları qidalandıran suyun miqdarı azalır. Bu da getdikcə diskin kiçilməsinə gətirb çıxarır. Həm də diskdə oksigen azalmağa başlayır. İnsanların idmanla məşğul olmaması, hüceyrələrinin sayının get-gedə azalması yırtıq əmələ gətirən risk faktorları sırasındadır. Xəstəliyə səbəb olan amillər sırasında irsi faktorlar da var.

Kimlər risk altındadır?
• Oturaq işdə çalışanlar
• Siqaret çəkən və spirtli içkiyə meyilli olanlar
• Stresdən əziyyət çəkənlər
• Qəbizliyi olanlar
• Vaxtlı-vaxtında qidalanmayanlar
• Doğuşdan əzələ zəifliyi olanlar
• Xroniki öskürəyi olanlar
• Hamilə qadınlar
• Artıq çəkidən əziyyət çəkənlər
• İdmançılar

Xəstəliyin dəhşətli fəsadları
Yırtıqdan əziyyət çəkən xəstə müalicəsiz qalarsa, get-gedə hərəkət qabiliyyətini itirər. Xəstəlik daha da irəliləyərsə, bu, cinsi pozğunluq, sidik və defekasiya aktının pozulmasına səbəb olar. Hamiləlik zamanı yaranan yırtıq isə bəzən uşağın vaxtından tez doğulmasına və ya tələf olmasına gətirib çıxarır. Yırtıq müalicəsiz qaldıqda bədəndəki bütün toxumaları məhv edir. Bağırsaqda olan yırtıq daha dəhşətli fəsadlar meydana çıxarır. O, infeksiyaya, qanqrenaya, bağırsaq deşilməsinə, şoka, hətta ölümə də səbəb ola bilər.

Müalicə necə aparılmalıdır?
Çalış, professional bir həkimə müraciət et. Xəstəyə dərman müalicəsi təyin olunur. Əsasən əzələyığıcı, ağrıkəsici dərmanlardan istifadə edilir. Bel nahiyəsində yırtıq olanlara sərt yataqda yatmaq tapşırılır. Əvvəlcə, fiziki müalicə üsulu tətbiq edilir. Daha sonra xəstəliyin tamamilə aradan qaldırılması üçün xəstə əməliyyat olunmalıdır.

Libera.az
(səs:0)
Müəllif: Libera | Baxış: 109|
Oxşar məqalələr:
Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Qüsursuz görsənmək istəyirsinizsə, bu 10 səhvi etməyin!

Hər bir qadın günün hər saatında gözəl, səliqə, qüsursuz görsənmək istəyir.
Qoç Buğa Əkizlər Xərçəng Şir Qız Tərəzi Əqrəb Oxatan Oğlaq Dolça Balıqlar
Libera.az qadın portalı 2015-ci ilin avqust ayının 5-dən fəaliyyət göstərir. Xanımlarımız saytımızdan istənilən mövzuda məlumat əldə edə bilərlər. İstinad etməyi unutmamaq şərtilə istənilən kütləvi informasiya vasitəsinin Libera.az-dakı materiallardan istifadə etmək hüququ var.